Azərbaycanda ağır qəza: ölən və yaralılar var

10 Noyabr 2014 22:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 9-da Sabirabad rayonun Güdəcühür kəndi ərazisindən ölümlə nəticələnən avtoqəza baş verib.

Rayonun Güdəcühür kənd sakini, 1982-ci il təvəllüdlüBaxışov Coşqun Yadulla oğluidarə etdiyi "VAZ-2106" markalı 10 GP 610 dövlət nömrə nişanlı avtomobillə 1984-cü il təvəllüdlüSəlimov Zamin Davud oğlunun idarə etdiyi "Mercedes" markalı 10 UX 281 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü hadisə yerində ölüb. Sürücünün cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 2006-cı il təvəllüdlüSəlimov Canpolad Telman oğlumüxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.