İspaniya La Liqasının “ən yaxşılar“ı bəlli oldu

11 Noyabr 2014 09:41 (UTC+04:00)

Futbol üzrə ötən mövsüm La Liqanın ən yaxşılarının adları bəlli olub.Movqe.az xəbər verir ki, bu haqda xəbəri İspaniyanın "Marca" qəzeti yayıb.

Məlumatda deyilir ki, "Real Madrid" klubunun oyunçusu Kriştiano Ronaldo ən çox qol vurduğuna görə "ən məhsuldar futbolçu" adına layiq görülüb.

"Atletiko Madrid" klubunun sabiq qapıçısı Tibo Kurtua "ən yaxşı qapıçı", Dieqo Kosta isə "ən yaxşı hücumçu" mükafatına yiyələnib.

Komandasına çempionluq adı qazandıran "Atletiko Madrid"in çalışdırıcısı Dieqo Simeone isə ötən mövsümün "ən yaxşı baş məşqçisi" mükafatına sahib çıxıb.