Cəbhədə vəziyyət gərginləşib
11 Noyabr 2014 09:26 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən
məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının
Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən
mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində
yerləşən mövqelərimizi atəşə tutublar. Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun
Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad,
Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli
və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.