Deputatın qardaşı oğlu bank müdiri təyin edildi

11 Noyabr 2014 10:35 (UTC+04:00)
Milli məclisin deputatı Xanhüseyn Kazımlının qardaşı oğlu Dəyanət Kazımlıyüksək vəzifəyə təyin edilib. Movqe.az ucnoqta.az-a istinadən xəbər verir ki, deputat Xanhüseyn Kazımlının qardaşı oğlu, Dəyanət Kazımlı "Muğan" bankın İmişli filialının müdiri təyin edilib. Dəyanət Kazımlı bundan əvvəl "Zamin" bankın kredit şöbəsinin müdiri kimi işləyib. Qeyd edək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı da bank sektorunda yüksək vəzifədə çalışır. O, Mərkəzi Bankın İpoteka Fondunun İcraçı direktorudur.