Azərbaycanlı müğənni dünya ulduzları ilə eyni səhnədə
11 Noyabr 2014 10:55 (UTC+04:00)
Hər il ənənəvi olaraq keçirilən "Europian Music
Awards" mükaflandırılma mərasimində azərbbaycanlı gənc müğənni
xüsusi qonaq olaraq iştirak edib.
Movqe.az-ın məlumatına görə,
ötənilki "Türkvision" müsabiqəsinin qalibi Fərid Həsənov
Qazaxıstanda dünyaca məşhur ifaçılar Lorin və Ani Lorakla eyni
səhnəni paylaşıb. Bu haqda xəbəri müğəninin prodüsseri və eyni
zamanda "AES Group"un rəhbəri, təşkilatçı Aqil Məmiyev
verib.
İfaçı Qazaxıstanın birinci musiqi kanalı olan
"Muzone" telekanalının keçirdiyi mükafatlandırma mərasimində
iştirak edib.""Muzone" kanalının
mükafatlandırma mərasimində bu il dörd əcnəbi qonaq olub:
"Eurovision 2012" qalibi Lorin, ukraynalı ifaçı Ani Lorak, hansısa
bir qrup və Fərid. Gənc müğənni səhnə arxasında dünya ulduzları ilə
görüşmək fürsəti qazanıb və daha sonra həmin kanalda canlı verilişə
qatılıblar." – deyə təşkilatçı A.Məmiyev
bildirib. Qeyd edək ki, Fərid bu il
keçiriləcək "Türkvision" müsabiqəsində də iştirak
edəcək.