Yoqa naziri təyin olundu

11 Noyabr 2014 10:54 (UTC+04:00)

Hindistan Baş naziri Narendra Modi, yeni kabinet tənzimləməsində "yoga nazirliyi" yaradıb. Movqe.az xəbər verir ki, yoqa naziri olaraq təyin olunmuş Yesso Naikin vəzifəsi yoqa və digər meditasiya üsullarını ölkədə və dünyada yaymaq olacaq. Hər gün yoqayla məşğul olduğu bilinən Hindu lider Modi, BMT Baş Assambleyasına "Dünya Yoga Günü" adı altında xüsusi gün təyin etməklə bağlı təklif vermişdi.

 "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.