Bu da Microsoft Lumia 535! - FOTO

11 Noyabr 2014 11:04 (UTC+04:00)

Microsoftun Nokianı satın aldıqdan sonra öz adı ilə tanıtdığı ilk modeli Lumia 535 olub.

Microsoft Lumia, 5 düym qHD (960 x 540 piksel) ekranı ilə yanaşı, istifadəçisinə 5 megapiksel  ön və arxa kameraları təqdim edir. Yəni Microsoftun sözüylə 5x5x5-lik bir ağıllı telefon paketidir.


Movqe.az xəbər verir ki, 1,2 GHz sürətində işləyən Snapdragon 200 çipset Lumia 535, 1 GB RAM-a və 8 GB daxili yaddaşa malikdi.


140.2 x 72.4 x 8.8mm ölçülərindəki ağıllı telefon, 146 qram ağırlığa sahibdir. Cihaz gücünü isə 1,905 mAh böyüklüyündəki batareyadan alır.


Cortananın yoldaşlıq etdiyi Windows Phone 8.1 əməliyyat sisteminə sahib ağıllı telefon təbii olaraq Microsoftun bir çox xidmətindən pulsuz olaraq faydalanacaq.


Dəyişdirilə bilən qapağa sahib olan ağıllı telefon;  parlaq yaşıl, parlaq narıncı, ağ, tünd boz və qara olmaqla 6 fərqli rəng variantına malikdir..