Aysel: "Pulsuz oğlanla ailə qurub soğan-çörək yeyə bilmərəm"

11 Noyabr 2014 11:11 (UTC+04:00)
Movqe.Az gecce.az-a istinadən xəbər verir ki, hər zaman sevgisi barədə "qara qutu" olan Aysel, nəhayət ki, etiraf edib. Sevib sevildiyini deyən ifaçı ailəyə baxışından da söz açmağı unutmayıb. Ona görə aclıq olsun, kef olsun meyarı absurddur.

"Çox kaprizliyəm. Sevgi olanda kaprizlər də sıradan çıxar. Cavan qızam, xoşuma gələn ola bilər. Mələk cildinə girən qızları sevmirəm. "Pulsuz oğlan olsun, soğan-çörək də yeyərəm" boş söhbətlərdir. Mən soğan yeyə bilmərəm.

Belə deyənlər axırda boşanırlar. Ailə quranda yalnız özünü yox, gələcəkdə dünyaya gələcək övladlarını da düşünməlisən. Nə varsa, onu da deyirəm. Cavan qızam. Sevgisiz mümkün deyil. Bu gün həyatımda sevgi var.

Bir insanı hədsiz dərəcədə sevsəm belə, orada xəyanət görsəm, sevdiyim qədər də yerə çırpmağı bacarıram".