Çılpaq halda uzunqulağın üstündə dolaşdırıldı

11 Noyabr 2014 11:49 (UTC+04:00)

Hindistanın şimalında qardaşı oğlunu öldürməkdə təqsirləndirilən bir qadın, kənd məclisinin əmri ilə lüt halda bir eşşəyin üzərində küçələrdə dolaşdırılıb. Bu haqda Movqe.az BBC-yə istinad edir.


Rajasthan əyalətinin Rajsamand bölgəsindəki kənd məclisi,  45 yaşındakı qadının üzünün kömürlə qaraldılması əmrini verib.

Polis qadını eşşəklə gəzməyə zorlamaqda təqsirləndirilən  39 nəfəri həbs edib.