Nazir müavini 30 il sonra təcavüzə məruz qaldığını etiraf etdi

11 Noyabr 2014 13:27 (UTC+04:00)

Kanadanın keçmiş baş nazir müavini 61 yaşlı Şeila Kops  cinsi təcavüzün qurbanı olduğunu açıqlayıb.


Movqe.az xəbər verir ki, Kanadada həftəlik olaraq nümayiş olunan "The Hill Times"dakı yazısında Kops "30 il əvvəl tanıdığım biri mənə təcavüz etdi" deyib.


Polisə getdiyini izah edən Kops, təcavüzkarra xəbərdarlıq edildiyini söyləyib. 1993-1997-ci illər arasında keçmiş Baş nazir Jean Chretienın köməkçisi olan Kops, 28 yaşında Ontario Əyalət Məclisinə ilk dəfə seçiləndə də başqa bir parlament nümayəndəsinin cinsi hücumuna məruz qaldığını iddia edib.