Bakıda basqın hazırlayan silahlı dəstə zərərsizləşdirildi

11 Noyabr 2014 13:46 (UTC+04:00)
Bakıda silahlı basqının qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər keçuirib. Keçirilən tədbir nəticəsində noyabrın 10-na keçən gecə, Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqın törətməyə hazırlaşan şəxslər müəyyən edilib.Əməliyyat tədbirələri nəticəsində basqına hazırlaşmaqda şübhəli bilinən – Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar – 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulub.
Keçirilən ilkin əməliyyat-istintaq tədbirlərilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd "Baykal" MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və , soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.