"ATV"nin eks aparıcısının Latviyada biznesi var- fotolar

11 Noyabr 2014 15:15 (UTC+04:00)

Teleaparıcı, prodüser Emin Musəvinin, Latviyada Azərbaycan mətbəxini, təqdim edən restoranı var

Teleaparıcının verdiyi məlumata görə, o komandası ilə birgə, 5 aydır ki, Azərbaycan restoranı ilə məşğuldurlar və bir sıra yeniliklərə imza atıblar.Bu məkan artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Restoran Latviyada, gözəl bir gölün yanında, Riqadan 10 dəqiqəlik uzaqlıqda yerləşir. Bu məkanda müştərilərə, sırf milli yeməklərimiz təklif olunur və yeməklər həm Azərbaycanlı, həm də latış aşbazlar tərəfindən hazırlanır. Teleaparıcı hal-hazırda bu bizneslə məşğul olsa da, onun məhs Latviyada bizneslə məşğul olmasının səbəbləri çoxdur.Azərbaycanda fəaliyyət göstərən, 2009-ci ildən Latviya höküməti ilə, əməkdaşlıq edən "EMco" kompaniyası , Azərbaycanda vaxt aşırı Latviya günləri keçirib. Hətta Azərbaycan Latviya istehsalı filmdə, özünü prodüser kimi sınayan Emin Musəvi, iki ölkə arasında olan isti münasibətlərdə, ictimai səviyyədə rol oynayıb.Bu film Latışlarla ilk layihələrdən biri idi. Film "Восток дело личное" adlanır. Latviyanın indiki prezidenti və keçmiş baş naziri, Bakıya təşrif buyurarkən, məhs "EMco" şirkəti xəbərləri işıqlandırmış, məlumat, foto, video materialları, yerli və Latış mediasında yaymışdı. Eyni zamanda "EMco" kompaniyasının təqdimatında Layma Vaykule, Raymond Pauls və digər tanınmış latviyalılarla, eksklüziv video müsahibələr çəkilib, Azərbaycan teleməkanında təqdim edilmişdi. Hazırda Latviyada həmyerlimiz Emin Musəvi, "EMco Latvia" kompaniyasını təsis edib. Movqe.az show.az -a istinadən restoranın görüntülərini təqdim edir.