Bakının Binəqədi rayonunda 19 yaşlı qız yoxa çıxıb.
11 Noyabr 2014 15:50 (UTC+04:00)
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,
1995-ci il təvəllüdlü İradə Ələsgərova noyabrın 9-da evdən çıxıb və
bir daha geri dönməyib.Ailəsinin müraciəti əsasında Binəqədi rayon
Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları əməliyyat-axtarış
tədbirlərinə başlayıb.Keçirilən tədbirlər nəticəsində, itkin düşmüş
İradə Ələsgərova tapılaraq evə qayıtmışdır.Fakta bağlı araşdırma
aparılır.