Marsda daşdan qədim heykəlin başı tapılıb

12 Noyabr 2014 09:53 (UTC+04:00)

Qırmızı planet yenidən öz müəmmaları ilə təəccübləndirir. Hələ bu yaxınlarda orada yerlilərə əl edən nəhəng Güləyən aşkar edilmişdi. Və indi növbəti sensasiya barədə məlumat verilib. Virtual arxeoloq Skott Uorinq ufo-bloggerlə birlikdə NASA-nın arxivində 15 il saxlanmış qədim heykəlin başının çəkildiyi fotoşəkli görüblər.

Şəkildə, sanki, qədim heykəldən qopmuş başı görmək olar. NASA-dan olan mütəxəssislər hələlik buna şərh verməyiblər. Şəkil 1997-ci ilin iyulunda Mars Pathfinder missiyası çərçivəsində ən kiçik Sojourner robotu tərəfindən çəkilib. Əgər heykəl o vaxt aşkar edilsə idi, o, qonşu planetdə müşahidə edilmiş ilk ilk heykəl olardı.

Qeyd etmək lazımdır ki, bununla bağlı fikirlər yenidən haçalanıb. Kimsə Uorinqlə tam razıdır, yəni onlar daş üzərində başı görürlər, skeptiklər isə bildirirlər ki, az qala, hər daşda fantaziya yolu ilə nə istəsən, tapmaq olar.