Ramil Usubov yeni rəisi təqdim etdi

11 Noyabr 2014 17:05 (UTC+04:00)

S. Əzimovu şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir idarənin yeni rəisinə uğurlar arzulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov isə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirliyin Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

APA