Yeni plan hazırlanır
11 Noyabr 2014 17:28 (UTC+04:00)
Nəgliyyat Nazirliyi ilk Avropa Oyunları zamanı
paytaxt küçələrində tıxacların aradan qaldırılması üçün plan
hazırlayıb.
Bunu ANS-ə eksklüziv açıqlamasında Nəqliyyat
Nazirliyi katibliyinin müdiri Namiq Həsənov
deyib.
O, tıxac məsələsinin həll edilməsinə kompleks
yanaşdıqlarını deyib.
"İlk növbədə yol qoşaqları, yol ötürücülərinin, o
cümlədən avtomobil yollarının çəkilməsi prosesi gedir. Avropa
Oyunları üçün əsas magistral yol hesab edilən Ziya Bünyadov
prospekti və Salamzadə dairəsindən başlayaraq birbaşa "Koroğlu"
metrostansiyasına qədər olan yolda təmir işləri davam edir", - deyə
Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi adıçəkilən yolun oyunlar zamanı
əsas magistral olacağını bildirib.
O, qeyd edəb ki, bundan əlavə hazırda
Bakı-Sumqayıt yolunda Avtovağzalın yaxınlığında 21 körpü" də inşa
olunur.