Qadını soyundurub uzunqulağa mindirdilər

11 Noyabr 2014 17:42 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, hadisə Rajasthan əyalətinin Rajsamand bölgəsində baş verib. Kənd şurasının qərarı ilə soyundurulan qadının uzunqulaq üzərində küçə-küçə dolaşdırılması əmri verilib. Qərara əsasən 45 yaşındakı qadının üzü kömürlə qaraldılıb. Saçını təraş edilməsindən sonra onu kənd camaatı içində biabır etmək üçün uzunqulaqla gəzdiriblər. Qadının qardaşı oğlunun ailəsi cinayəti həmin şəxsin törətdiyini söyləyirlər. Polis qadını uzunqulaqla gəzməyə məcbur etməkdə günahlandırılan 39 nəfəri həbs edib. Qeyd edək ki, Hindistanda kənd şurasının qəbul etdiyi qərarların qanuni əsası yoxdur. Amma bu qərarlar əksər bölgələrdə geniş şəkildə hörmət görür.