Nazarbayev Serji qorxutdu
11 Noyabr 2014 18:05 (UTC+04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qazax
xalqına müraciəti erməniləri qorxudub.
ANS PRESS-in məlumatına görə, qazax lideri
bildirib ki, təcrübəsi ona dünyanın ciddi dəyişikliklər astanasında
olduğunu düşünməyə vadar edir: "Bu ciddi mərhələni heç də
dövlətlərin hamısı keçə bilməyəcək, yalnız güclü, həmrəy xalqlar və
ölkələr keçəcək".
Uzun müddət Ermənistanın Avrasiya İttifaqına
girməsinə mane olmuş qazax liderinin bu sözləri erməniləri qorxuya
salıb. Erməni mətbuatı məntiqi sual verir - Ermənistanın siyasi
elitası ölkəni bu çətin dövrdən keçirə
biləcəkmi?
"Belə məsələni yalnız elə elita həll edə bilər ki,
dünya quruculuğunun iştirakçısı olsun, bununla da ölkəni yeni
səviyyəyə qaldırsın və onu itkilərdən xilas etsin. Ermənistanda
belə elita yoxdur", - deyə Ermənistanın populyar portalı "Lragir"
vurğulayır.