Zakir Həsənov görüş keçirdi

11 Noyabr 2014 18:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində səfərdədir. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.


Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.