Bakıda avtobus insanlara şok yaşatdı
11 Noyabr 2014 19:11 (UTC+04:00)
Avtobus qəzalarının əksəriyyəti sürücülərin
səhlənkarlığı, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları və
ya ümumiyyətlə, qaydalardan xəbərsiz olmaları ucbatından baş
verir.
Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər"
Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə
alınan bu qəza doğrudan da gözlənilməz idi. Çünki bura yolun
hərəkət hissəsi yox, metronun "Memar Əcəmi" stansiyasının
yaxınlığında yerləşən "McDonalds"ın qarşısında avtobus
dayanacağıdır. Burada hərəkət o qədər də intensiv deyil. Kadrlardan
da görünür ki, ərazidə sıxlıq müşahidə olunmur. Aşağı sürətlə
hərəkət edən avtobusun sürücüsünün birdən-birə qaz verməsi,
nəqliyyat vasitəsini səkiyə çıxarıb aşırması başadüşülən deyil. Çox
güman ki, sürücü ya yuxulu olub, ya da fikri başqa yerdə
imiş.
Avtobusun qəfil aşması ətrafdakıları qorxudur.
Çünki avtobus aşan kimi yanacaq çəni deşilir və benzin axmağa
başlayır. Buna baxmayaraq, bir neçə nəfər avtobusun üstünə çıxaraq
qapıları açmağa çalıhır. Bəziləri isə benzin axdığını görən kimi
geri qayıdır. Avtobusdakı sərnişinlər pəncərədən çıxmağa cəhd
edirlər.