Pensiyaçılara xoş xəbər
12 Noyabr 2014 10:10 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunda "2014-2020-ci
illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin
islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə
xüsusi əlaqələndirmə komissiyası yaradılıb.
Movqe.az-ın məlumatına görə, bu barədə
media nümayəndələrinə açıqlamasında DSMF-in sədri Elman Mehdiyev
məlumat verib. DSMF sədri vurğulayıb
ki, pensiya islahatları çərçivəsində hazırlanacaq normativ sənəd
layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq:
"Sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında
beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya
təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması,
inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə
uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə
nail olması məqsədi daşıyır".
E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial
sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli
şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum
sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması
kimi məsələlər müzakirə olunacaq. "Pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez
çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma
hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan
sualları cavablandıraraq vurğulayıb ki, yeni mərhələdə pensiya
islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq
normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə
çıxarılacaq".