Nexus 9, 24 saatda tükəndi!

12 Noyabr 2014 11:14 (UTC+04:00)

Güzəştli qiymətdən satışa təqdim edilən yeni Nexus, 24 saatda mağazalarda tükənib. Movqe.az xəbər verir ki, qış tətilinə qədər hər çərşənbə axşamı keçiriləcək endirim günlərinin birincisində199 dollardan satışa təqdim edilən Nexus 9 modeli, yalnız 12 saat ərzində tükənib. Şirkət, hər çərşənbə axşamı müəyyən məhsullarını endirimli qiymətdən satacaq.


Bu satışlar endirimli olduğu üçün, firmaya çox böyük qazanc gətirməsə də, bazardakı HTC müştərilərinin sayını artırır. Bu səbəbdən, HTC üçün hələ ümid var kimi görünür.