Prezidentin istefhasını istədilər

12 Noyabr 2014 13:06 (UTC+04:00)

Fransada xalq tərəfindən təsdiqlənmə nisbəti 12 faizə düşən prezident Fransua Hollandeyə fərqli üsullarla istefa çağırışları davam edir. Movqe.az xəbər verir ki, 1-ci Dünya müharibəsində ölən əsgərlərin xatırlandığı milli gün mərasimlərinə qatılan Hollandeyə, mərasimdən bir neçə saat əvvəl bir təyyarəyə bağlanmış plakatla istefa çağırışı edilib.





Qrupun lideri Deyvid Van Hemelryck rəhbərliyindəki turist təyyarəsi, mərasimin ediləcəyi sahədə üzərində "Hollandeyə istefha" yazılı plakatla dövrə vurub. Təyyarə daha sonra polis helikopterləri tərəfindən mərasim sahəsindən uzaqlaşdırılıb.