Musa Musayev: "Təranəyə görə "srok"a gedərəm"

12 Noyabr 2014 16:21 (UTC+04:00)
Sevilən cütlük Təranə və Musa Musayevlər gündəmdən düşmək bilmir. Movqe az ATVxəbər.az-a istinadən xəbər verir ki, müğənni Musa Musayev bildirib ki, Təranənin xətrinə kim dəysə qarşısında onu görəcək. Hətta həyat yoldaşına görə adam öldürməyi belə gözə alan M. Musayev açıqlamasında qeyd edib: " Təranəni ilk gündə sevdiyim kimi bu gün də sevirəm, hörmət edirəm. O mənim hər şeyimdir. Təranəyə kim gözün üstə qaşın var desə onu öldürərəm. Təranəyə görə "sroka" getməkdən qorxmuram. Hər dəfə eyni qalmaqalı gündəmə gətirirlər. Guya bizi xalqın gözündən salmaq istəyirlər? Alınmayacaq. Bizim alnımız açıqdır".