“Ərə getmək üçün seçdiyim biri yoxdur”

12 Noyabr 2014 16:37 (UTC+04:00)
Əməkdar artist Mehriban Xanlarova ərə getməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.Movqe az  ATVxəbər.az-a istinadən xəbər verir ki,  aktrisa hal-hazırda həyatında sevdiyi şəxsin olmadığını  və ərə getmək barədə düşünmədiyini  açıqlayıb: "Ay balam, ərə getmirəm. Namizədlər çoxdur amma ərə getmək üçün seçdiyim biri yoxdur. Namizədlər də məndən yaşca kiçik olur. Əgər ürəyimə yatan, məni başa düşən biri olsa niyə ərə getməyim ?".