Elgiz Əkbərdən canlı yayımda şok etiraf
12 Noyabr 2014 17:00 (UTC+04:00)
"10-12 il bundan qabaq ağır depressiyada
düşmüşdüm. Ölməyi beynimə qoymuşdum".
Anspress-in məlumatına görə, bu sözləri "Adam içində" verilişinin
aparıcısıElgiz Əkbər bugünkü canlı efirdə qoyulmuş mövzuya öz münasibətini
bildirərkən etiraf edib.
O, özünü tamamilə həyatdan təcrid etdiyini,
qapılarını da hər kəsə bağladığını, heç kəsi yaxına buraxmadığını
söyləyib. Aparıcı: "Çox yaxın dostum məni çıxardı evdən. Mir Mövsüm
ağanın qəbrinə getdik. Orada dua etdim ki, düzəlim, yenidən həyata
adaptasiya olmaq istədim. Çünki ölmək istəmirdim. Min şükür Allaha,
özüm-özümü iynəsiz-dərmansız vəziyyətdən çıxardım", - sözlərini
qeyd edib.
Aparıcı heç kimi təbliğ etmədiyini, Allaha
sığınaraq vəziyyətdən çıxdığını söyləyib.