Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub
12 Noyabr 2014 17:23 (UTC+04:00)
Movqe.az Müdafiə Nazirliyinin rəsmi saytına
istinadən məlumat verir ki,Ermənistan Respublikası Silahlı
Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi
aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli
uçuşlar həyata keçirirlər.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş
manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq
şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş
açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin
Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq
istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus
Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma
cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən
helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları
müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.