"28 may" stansiyası bağlanacaq

12 Noyabr 2014 17:45 (UTC+04:00)
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhəbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Onun sözlərinə görə, planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb.

"İşlərin icrasına yaxın günlərdə başlanacaq. İşlər ümumilikdə 38 ay ərzində həyata keçiriləcək. 2 böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələi şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış "28 may" stansiyası sərnişnlərin istifadəsi üçün bağlanacaq", - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, "28 may" stansiyası 5 həftə bağlı qalacaq.