Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan əlil və uşaqlara yeni güzəştlər tətbiq olunur

12 Noyabr 2014 18:27 (UTC+04:00)

Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" qərarında dəyişiklik edib.


Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Dəyişikliyə əsasən, I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 2 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarın 1-ci bəndində müəyyən edilmiş güzəştdən (20 manatdan) əlavə olaraq, 10 manat məbləğində güzəşt müəyyən edilib.

 

Qərar Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə həyata keçirilən uçuşlarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

 

Qeyd edək ki, əvvəllər güzəşt tətbiq edilən uşaqlar üçün minimum yaş həddi 5 yaş olub. Dəyişiklik noyabrın 15-dən qüvvəyə minəcək.