İşğal rejiminin qorxusu
13 Noyabr 2014 10:41 (UTC+04:00)
Rusiyada gözlənilən iqtisadi böhranın Dağlıq
Qarabağa mənfi təsirləri qaçılmazdır.
ANS PRESS-in məlumatına görə, bu barədə özünü
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində
qurulmuş işğal rejiminin baş naziri Ara Arutunyan
bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə Rusiyadan
göndərilən transferlərin azalması ilə bağlıdır. Həmçinin, işğal
edilmiş ərazilərdə vəziyyət Ermənistandan çox
asılıdır.
"Ermənistanda isə həyat Rusiya iqtisadiyyatının
vəziyyətindən çox asıldır",- deyə Ara Arutunyan
bildirib.