NATO : “Rus ordusu sərhəddi keçdi”

13 Noyabr 2014 11:00 (UTC+04:00)

NATO, son iki gündür Rus ordusuna aid tankların Ukraynaya girdiyini bildirib. Rusiyanın təkzib etdiyi iddia üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünən təcili iclas çağırıb.

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi silahlı seperatçılarla Kiev rəhbərliyi arasında atəşkəs ümidləri sürətlə sönən bir vaxtda NATO, Rus əsgərlərinin sərhədi keçdiyini iddia edib. Ziyarət üçün getdiyi Bolqarıstanın paytaxtı Sofiyadan şərh verən Amerikalı general Filip Bridlav "Çox sayda rus heyətinin, xüsusilə də tankların, ağır silahların, mərmi müdafiə sistemlərinin və əsgərlərinin Ukraynaya girdiyini gördük" deyib.

 

Kiyevdə olan Baş nazir Arseniy Yatsenyukun başçılıq etdiyi kabinet yığıncağında Müdafiə naziri Stepan Poltorak "İlk vəzifəmiz müharibə qüvvələrimizi hazır tutmaqdır. Səfərbər ediləcək qoşunlarımızı hazırlayırıq "deyib.