Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?
13 Noyabr 2014 10:20 (UTC+04:00)
Azərbaycanda "yaz havası" davam edəcək. Bu barədə
Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında
noyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
gecə bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Havanın gün
ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub
küləyi əsəcək. Bakıda və Abşeron
yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə
isti təşkil edəcək. Azərbaycanın
rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər
ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, cənub
rayonlarında az yağış yağması ehtimalı var. Şəq küləyi
əsəcək. Aran rayonlarında havanın
temperaturu gecə 5-10, gündüz 12-18, dağlarda gecə 0-5 dərəcə isti,
bəzi yerlərdə 3 dərəcəyə kimi şaxta, gündüz 8-13 dərəcə isti
olacaq.