Xalq artistinə kim cadu elədi?

13 Noyabr 2014 13:30 (UTC+04:00)
Movqe.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti İlhamə Quliyeva "Adam içində" verilişində deyib. 

Müğənninin sözlərinə görə, o, bunun üçün Hindistandan adam gətirib:

"Caduya inanıram. Evlərimdəki caduları çıxartdırmaq üçün Hindistandan adam gətirtmişəm. İndi Dubaya, oradan da adaya gedib, cadu etdirib gəlirlər. Kişilərin cibinə düyün, cadu edib pullarını götürürlər. Belə biabırçılıqlar baş verir. 

Mən cangüdəni olan bağda yaşayıram. Quş quşluğu ilə orada uça bilməz. Daim fəaliyyətdəyəm, işləyirəm. Bunlar məni sındırmaq istəyirlər. Sağlamam, həkimimin də canı sağ olsun, vaxtında qayğıma qalır".