Nadir aparıcıları təhqir elədi: "Sizin kimiləri qapımda it yerinə bağlamaram"

13 Noyabr 2014 14:15 (UTC+04:00)
Movqe.Az ailem.az-a istinadən xəbər verir ki, müğənni özünün "İnstagram" səhifəsində bunları yazıb: 

"Bir çox aparıcılara mesajım var. Gedin işinizlə məşğul olun. Verilişlərinizdə mənim adımı hallandırmaqla özünüzə reytinq yığmayın. Mən kefdə-damaqda, istirahətdə. Siz haradasınız? 

Əgər verilişiniz uğursuz alınırsa, mənim günahım yoxdur. Mənim yerim daim yüksəkdədir. Sizinsə yeriniz görünmür. Aranızda elələri var ki, neçə illərdir səhnədədir, amma tamaşaçı hələ onu tanımır. Çünki duzsuzdur! Şitquludur! Sizin kimiləri qapımda it yerinə bağlamaram. Çünki mənim itim  hörmətlidir".