Azərbaycanlı qız dünya çempionu oldu- Fotolar

13 Noyabr 2014 13:45 (UTC+04:00)
Pauerliftinq üzrə növbəti dünya çempionatı Amerikanın Florida ştatında noyabr ayının 12 –dən start götürüb. Movqe.az-ın məlumatına görə, bu çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib. O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmində xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb. Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.