İrəvanı gözləyən yeni faciə
13 Noyabr 2014 13:40 (UTC+04:00)
Yaxın günlərdə Ermənistanda havanın temperaturunun
mənfi 29-a qədər enəcəyi gözlənilir və bu, əhali arasında böyük
çaxnaşmaya səbəb olub.
ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda
nəşr olunan "Artak" qəzeti yazıb. "Meteoroloqlar qarşıdan gələn
müddətin proqnozlarından narahat olublar. Deyilənə görə, bu
proqnozlar ciddi şəkildə gizlədilir. Söhbət 29 dərəcəyə qədər
şaxtaların olacağından gedir",- deyə qəzet
vurğulayıb.
Amma Ermənistanın hidrometeoroloji xidməti
məsələni təkzib etməyə çalışıb. Müstəqil ekspertlərin fikrincə,
rəsmi İrəvan bununla Ermənistandan başlayan köçün qarşısı almağa
çalışır. Cəbhə xəttində vəziyyətin gərginləşməsi və gözlənilən sərt
soyuqlar son günlərdə Ermənistandan köçü
sürətləndirib.