Türkiyə mediası Doğuşla Xoşqədəmdən yazdı

13 Noyabr 2014 14:46 (UTC+04:00)
Türkiyə mətbuatı yenidən müğənni Doğuş və aparıcı Xoşqədəm Hidayətqızı haqqında yazıb. "Qafqazinfo"nun məlumatına görə, "Doğuş ilk dəfə həyat yoldaşı ilə" başlıqlı xəbərlərdə cütlüyün Etilerdə görüntüləndikləri bildirilib. Ötən axşam həyat yoldaşıyla Etilerdə yerləşən "Mədəniyyətlər süfrəsi" restoranında görüntülənən müğənni diqqətləri üzərinə çəkib.  Keflərinin yerində olduğu görülən yeni evli cütlük məşhur dj Afrikalı Ali ləqəbli Ali Şentürklə bir araya gəlib. 

Məlumatda daha sonra qeyd olunur ki, Doğuş və azərbaycanlı həyat yoldaşı məkan çıxışı əl-ələ jurnalistlərin önündə poza verib və çox xoşbəxt olduqlarını söyləyib. 

Qeyd edək ki, müğənni Doğuşun baş rollarını Yıldız Asiyalı və Afrikalı Əli ilə birlikdə oynadığı "Aşkkopat" filmi tezliklə nümayiş olunacaq.