RF Stavropol Xalqları İttifaqının yığıncağı keçirilib

13 Noyabr 2014 15:28 (UTC+04:00)

Stavropol Xalqları İttifaqının yığıncağı keçirilib. Movqe.az xəbər verir ki, "VAK-info" saytında ÜAK-ın xüsusi müxbiri Bəsti Mütəllimovanın məqaləsinə istinadən bildiririk ki, bu il noyabrın 11-də RF Stavropolda Xalqlar Dostluğu evində, ŞQFB "Stavropol xalqları ittifaqı "Qafqazda sülhün lehinə" ictimai hərəkatının illik hesabat yığıncağı keçirilib.

Tədbirə Stavropol Diyarı bölgə şöbəsinin ÜAK sədri Fəxrəddin Sərraf oğlu Yarıyev də dəvət olunmuşdu. SD bölgə şöbəsinin ÜAK ictimai təşkilatı ŞQFB "Stavropol xalqları ittifaqı "Qafqazda sülh lehinə" ictimai hərəkatının 2012-ci ildən bəri tam hüquqlu iştirakçısı və üzvüdür.

İllik hesabatın işində Stavropol şəhəri və SD-nin 39 etnomədəni, veteran və gənclər təşkilatlarının və kazak birliklərinin rəhbərləri, hakimiyyət və idarə orqanlarının vəzifəli şəxsləri, müxtəlif təhsil ocaqlarının və mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edirdilər.

Hesabat məruzəsində ittifaqın sədri Artur Aleksandroviç Krutaleviç SD ərazisində millətlərarası münasibətlərin ümumi vəziyyətini təsvir edərək, millətlərarası razılığın və sülhün qorunmasında etnomədəni ictimai təşkilatların və kazak birliklərinin rolunu şəxsən dəyərləndirdi.

Məruzədə, etnomədəni təşkilatların və ümumrusiya ictimai təşkilatlarında ittifaq münayəndəliklərinin fəaliyyətinin yaxşılaşdırılması və maraq dairəsinin genişləndirilməsi kimi, bir sıra məsələlərə toxunuldu.

Fəxrəddin Yarıyev cənabları da, yığıncaqda qarşıya qoyulmuş məsələlərin müzakirəsində fəal iştirak edərək, ŞQFB "Stavropol xalqları ittifaqı "Qafqazda sülhün lehinə" hərəkatının işinin mükəmməlləşdirilməsi sahəsində bir neçə təklif irəli sürdü.

Görülən işlərin yekununa əsasən Qətnamə qəbul edildi. Qətnamədə millətlərarası ünsiyyətdə mədəni münasibətlərin saxlanılması, ŞQ-da millətlərarası sülhün və razılığın qorunması, milli və dini radikalizmə qarşı hökumətə dəstək verilməsi kimi məsələlərin həll edilmə yolları aydınlaşdırıldı.