Azərbaycanlı şair-publisist Səid Muğanlı azadlığa buraxılıb
22 İyul 2012 13:21 (UTC+04:00)
APA-nın məlumatına görə, azərbaycanlı jurnalist
barəsində çıxarılmış 6 aylıq həbs cəzasını bitirdikdən sonra o,
Təbrizin mərkəzi həbsxanasından azadlığa
buraxılıb.
Qeyd edək ki, Səid Muğanlı (Beytullah Məhəmmədi)
Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun
əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə
azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi
Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə
saxlanılıb.
Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin
(ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də
50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb.
ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin
ağır işgəncələrə məruz qaldığı bildirilir.