"Gear VR"ın çıxış tarixi və qiyməti bəlli oldu!

13 Noyabr 2014 16:40 (UTC+04:00)

Yeni gələn məlumatlar, dəqiq olmasa da Gear VR-in çıxış tarixi və qiymətiylə əlaqədardır.

Galaxy Gear VR, dekabr ayının əvvəllərindən etibarən ABŞ-da satışa təqdim ediləcək .

Ancaq bu məhsul, ilk mərhələdə təkmilləşdiricilər və maraqlı istifadəçilərin bəyənməsi üçün təqdim ediləcək. The Gear VR Innovator'S Edition olaraq adlandırılacaq paket, həm məhsulun inkişaf etdirilməsi həm də məhsul üçün hazırlanacaq proqramların ortaya çıxarılması üçün mühümdür.



The Gear VR Innovator'S Editionun qiyməti isə 199 dollardır. Əgər yanında Bluetooth, gamepad istənilsə bu dəfə qiymət 249 dollara yüksələcək.