45 yaşlı qadin canına qıydı

13 Noyabr 2014 16:12 (UTC+04:00)
Ötən gün Bakının Suraxanı rayonu ərazisində 45 yaşlı qadın intihar edib.Movqe az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə İ.Musayev küçəsi 1 A ünvanında qeydə alınıb.Belə ki, həmin ünvanda yaşayan 45 yaşlı Xanım Qiyas qızı Orucovanın asılmış meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, qadın intihar edib.Onun hansı səbəbdən özünü asması araşdırmalardan sonra məlum olacaq.