Jurnalistlərin binası ilə baglı yeni xəbər

13 Noyabr 2014 16:46 (UTC+04:00)
Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının 12 mərtəbəsi inşa olunub.Movqe az   "Media forum" saytına istinadən xəbər verir ki, bu barədə  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.Vüqar Səfərli qeyd edib ki, binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam etdirilir: "Bütün işlər öz normasında gedir. Binanın 12-ci mərtəbəsində işlər davam etdirilir. Hər hansı yubanma yoxdur. Bina tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə bağlı bütün şərtlər açıqlanacaq".3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.