Meymunun ana sevgisi

13 Noyabr 2014 17:36 (UTC+04:00)

Danimarkanın Aalborg şəhərindəki heyvanxanada bala  şimpanze, anasının dişinə edilən cərrahi müdaxilə əsnasında anasının yanından bir saniyə belə ayrılmayıb.


Movqe.az xəbər verir ki, 40 yaşında olan və adı Jutta olan şimpanzenin iki dişini qırması nəticəsində baytar Juttanı əməliyyat etməyə qərar verib. Lakin Juttanın qızı Mi anasından ayrılmadığı üçün anasının yanında olmasına icazə verilib.


Körpə və ana şimpanzenin vəziyyətlərinin yaxşı olduğu deyilib.