Düşmənin təxribatı alınmadı

14 Noyabr 2014 07:30 (UTC+04:00)

Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi siyasətin mahiyyətinə nəzər saldıqda, burada diqqət cəlb edən başlıca nüanslardan birinin də təxribatçılıq, pozuculuq üzərində köklənmiş addımlara düşmənin hər zaman xüsusi yer verməsi özünü qabarıq formada büruzə verir. Xüsusən də münaqişənin sülh yolu ilə çözümü üçün danışıqlar prosesinin intensivləşdiyi bütün dövrlərdə ermənilərin cəbhə zonasında provokativ hərəkətlərə getməsi daim müşahidə olunan bir hala çevrilib. Məsələn, cari ilin avqustun əvvəllərində cəbhə zonasında düşmən tərəfinin təxriğatçı hərəkətləri qeyd olunanların ən real təsdiqinə çevrildi. Xatırladaq ki, həmin vaxt erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Düzdür, bu bir neçə hərbçimiz şəhid olması ilə nəticələndi, düşmənin itkisi isə daha çox oldu. Lakin bu hadisə Dağlıq Qarabağ münaqişəsilə bağlı Soçidə dövlət başçılarının planlaşdırılan görüşü ərəfəsində törədildi. Məqsəd Soçi danışıqlarını pozmaq və buraad Ermənistanın daha üstün mövqedə olmasıın təmin etmək idi. Lakin ermənilər bu cəhdi fiasko ilə nəticələndi. Əvvəla, Azərbaycan Ordusu onların layiqli cavabıın verdi. İkincisi isə Prezident İlham Əliyev Soçi danışıqlarında Ermənistanın işğalçı siyasətinin mahiyyətini növbəti dəfə tam ifşa edərək düşmən tərəfi yerinə otuzdurdu. Dövlət başçısı BMT-nin 4 qətnaməsini xatırladıb və onlara əməl edilməsinin vacib olduğunu vurğulayıb. Bu, Azərbaycan tərəfinin münaqişənin həlli prinsiplərinə sadiq qaldığını və istənilən situasiyada mövqeyini müdafiə edə bildiyini nümayiş etdirirdi. Məhz bu aspektdə Soçi görüşü Ermənistanın üzləşdiyi növbəti fiasko oldu.

Lakin hadisələrin sonrakı inkişafı düşmən tərəfinin hələ də təxribatçılıq mövqeyindən əl çəkmədiyini göstərir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində keçirdiyi hərbi təlim və bu zaman düşmən helikopterlərinin əsgərlərimizin olduğu posta hücum mövqeyin keçməsi ermənilərin təxribatçı siyasətdən geri çəkilmədiiyni bir daha üxə çıxardı. Lakin bu təxribat yenə də düşmənə baha başa gəldi. Belə ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub. Burada diqqət çəkən məqam yenə bu hadisənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqların intensivləşdiyi dövrə təsadüf etməsidir. Məsəəl bundadır ki, cari ilin 27 oktyabr tarixində Fransa dövlət başçısı Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib. Beləliklə, Paris görüşünün nəticəsi olaraq, "Böyük Sülh Sazişi"nin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistan məqsədyönlü təxribatçı əməllərə gedib. Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışsa da, baş verənlərhadisələrdə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıdığını göstərir.

Rusiyalı politoloq Vladimir Belyayev də bildirir ki, hərbi texnikanın erməni silahli qüvvələrinin işğal olunmuş ərazilərdə təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə də Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir: "Lakin insidentə baxış zamanı səbəbi baş verənlə çaşdırmayaq. Erməni hərbi aviasiyasının Azərbaycanın heç keçmiş muxtar vilayətə aid olmaya işğal olunmuş ərazilərində manevrləri son dərəcə riskli bir davranışdır. Məsələ bundadır ki, vertolyotun Ağdam heç vaxt Dağlıq Qarabağa aid olmayıb. Hətta hazırki prezident Serj Sarkisyan da bir neçəə dəfə "Ağdam bizim torpağımız deyil" bildirir. Bəs əgər Ermənistan prezidenti belə Ağdamın Azərbaycana aid olduğunu təsdiq edirsə, buradan qanunauyğun sual doğur ki, erməni ordusu niyə orda təlim keçirir?". Belyayevin toxunduğu daha maraqlı məqam isə bunlardır: "12 noyabrda provokasiya erməni aviasiyasının Azərbaycan mövqeləri üzərində uçuşu oldu. Beləliklə ATƏT-in Minsk qrupunun toxunulmazlığına israr etdiyi status-kvoya, "Qarabağ bombası"nın partlaması təhlükə yaradır.".

Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da qeyd edir ki, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər: "Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq, Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir – Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir".

hadisədə diqqət çəkən daha bir nüans vurulan helikopterin Ermənistana birbaşa aid olmasını sübut edən hallardır.belə ki, Azərbaycan mövqelərinə hücuma keçmək cəhdi edərkən məhv edilən erməni hərbçilərinin adlarını açıqlanması və onların mayor Sergey Saakyan, ekipaj üzvləri - baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan olduğuun bilinməsi maraqlı nüansları üzə çıxardı.Erməni hərbçilərinin "Facebook" səhifəsini diqqət yetirdikdə orada mayor Sergey Saakyanın Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan olduğu qeyd olunur. Saakyan sosial şəbəkədəki profilində doğulduğu və yaşadığı yer kimi Ermənistanın paytaxtı İrəvan şəhərini göstərir. Digər hərbi qulluqçu 25 yaşlı baş leytnant Sarqis Nazaryan da İrəvandan olub və 2006-cı ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb. 24 yaşlı Azat Saakyan isə Ermənistanın Çarentsavan şəhərindən olub və 2009-cu ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb. Beləliklə, bu məlumatla erməni tərəfi yenidən özünü ifşa edib. Çünki Ermənistan tərəfi bundan öncə iddia edirdi ki, vurulan hərbi vertolyot guya, separatçı "Dağlıq Qarabağ Respublikası"na məxsusdur. Amma hər 3 pilotun Ermənistan Silahlı Qüvvələrinin hərbçisi olması barədə məlumatın açıqlanması əslində helikopterin Ermənistan Ordusunun olduğunu bir daha təqdiqləyir Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə baş vernələrə bel əmünasibət bildirib: "İlk dövrdə Azərbaycanı hədələyən, həm helikopter, həm də onun heyəti barəsində geniş məlumat verən Ermənistan bu gün artıq mövzunu dəyişməyə çalışır. Ermənistan ciddi cəhdlə vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu iddia etməyə çalışır".

A.Mirzəzadə Trend-ə açıqlaamsında qeyd edib ki, cəmi 100 min "əhalisi" və təqribən illik büdcəsi 150 milyon dollardan ibarət olan işğalçı rejimin dəyəri 8-12 milyon dollar olan helikopter almaq imkanı yoxdur: "İkincisi, helikopterin heyəti Ermənistanda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin zabitləri olan şəxslərdir. İndi isə mətbuatda heyətin komandirinin tərcümeyi halı yazılıb. Buradan göründüyü kimi, Ermənistan özünə məxsus olan hərbi texnikanın məsuliyyətinin altından çıxmağa çalışır. Belə texnikanı almaqla yanaşı, onun istismarı və eyni zamanda, uçuşunun koordinasiya edilməsi də baha başa gəlir, ciddi vəsait tələb edir. Yəni Dağlıq Qarabağdakı işğalçı rejim heç bir halda bunu edə bilməz". Millət vəkili əlavə edib ki, digər tərəfdən, Ermənistan artıq bir neçə gündür ki, işğal olunmuş ərazilərdə böyük hərbi təlimlərə başladığını elan etmişdi: "Azərbaycanın xəbərdarlığına baxmayaraq, Ermənistan özünü cəzasız hiss etdiyindən, artıq o dünənki hərəkəti ilə bütün sərhədləri aşdı. Helikopterin vurulmasını əks etdirən videodan görünür ki, Ermənistan helikopteri Azərbaycan mövqelərinə yaxınlaşır və müəyyən əməliyyat keçirməyə hazırlaşır. Azərbaycan hərbçilərinin hərəkəti tamamilə düzgün idi".