Bakıdan Tiflisə daha bir dəstək

11 Aprel 2012 12:31 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Cənubi Osetiya regionunda keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. O deyib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır. Xatırladaq ki, aprelin 8-də Cənubi Osetiyada "prezident seçkiləri"nin ikinci turu baş tutub. Seçkilərdə regionun DTK-nın keçmiş rəhbəri Leonid Tibilov qalib gəlib.