Ermənistandan partladılan helikopterlə bağlı müdhiş yalan - Foto

13 Noyabr 2014 17:23 (UTC+04:00)

Azərbaycan ordusu tərəfindən vurulan helikopterin pilotlarından biri – Sergey Saakyanın tərcümeyi-halı sosial şəbəkələrdə yayılıb. Movqe.az xəbər verir ki, partlayış nəticəsində ölən mayor Sergey Saakyanın Vkontaktedəki profilində onun 1976-cı ilin 9 avqustunda İrəvanda doğulduğu və burada yaşadığı qeyd olunub. Profilindən aydın olur ki, mayor Saakyan İrəvandakı Marşal A.Xanferyanç adına Hərbi Akademiyanı bitirib. O, 1996-cı ildə Ermənistan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qəbul edilib və ölən günə qədər Ermənistan Silahlı Qüvvələrində xidmətdə olub. Qeyd edək ki, Azərbaycan ordusunun Ermənistan helikopterini vurmasından sonra üç zabit - mayor Sergey Saakyan, leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanın öldüyü bəlli olmuşdu. Ermənistan tərəfi hadisədən dərhal sonra ənənəvi olaraq yanlış informasiya yayaraq, helikopterin Dağlıq Qarabağ separatçılarına aid olduğu və İrəvanla heç bir bağlılığı olmadığını bildirmişdi. Ermənistan bu yalan informasiya ilə Azərbaycanın işğal altındakı ərazilərində hərbi hava manevrləri təşkil etmədiyini göstərməyə mənasız bir cəhd edir. Fotonu təqdim edirik.