Prezident: “Putin Moldovanı bölmək istəyir”

13 Noyabr 2014 18:48 (UTC+04:00)

"Ölkədə dağıdıcı qüvvələr təbliğat apararaq Moldovanı parçalamağa çalışırlar". Movqe.az xəbər verir ki, bu açıqlama ilə Moldova Prezidenti Nikola Timofti çıxış edib. Timofti ölkənin hüquq-mühafizə orqanlarının normal rejimdə çalışdığını və hər cür təxribatları önləməyə hazır olduqlarını deyib: "Moldovada dövləti bölmə meyilləri müşahidə edilir. Bunu ölkənin fərqli bölgələrində keçirilən qeyri-qanuni referendumlar və ölkəyə qeyri-qanuni yolla girməyə çalışan insanların həbsi də təsdiqləyir".

Nikola Timofti həmçinin Rusiyanın 1990-cı illərdə Dnestryanı bölgədə sabitliyi pozmaq üçün istifadə etdiyi metoddan hazırda Ukraynanın şərqində faydalandığını bildirib.

Qeyd edək ki, Moldovanın Rusiya tərəfdarı olan Dnestryanı bu ilin aprelində rəsmi Moskvadan müstəqilliyinin tanınmasını tələb edib. Lakin Kreml buna cavab verməyib.