İrana 1 illik sanksiya

13 Noyabr 2014 17:55 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətinin birilliyinə uzadılması barədə Konqresi xəbərdar edib. Movqe.az-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, ABŞ Prezidenti Administrasiyasının rəsmi məlumatında deyilir ki, İran-ABŞ münasibətləri normallaşmadığı üçün sanksiyalar davam edəcək. Beləliklə, sanksiyalar bu il noyabrın14-dən sonra da qüvvədə qalacaq. Bununla əlaqədar olaraq, B.Obama 1979-cu il noyabrın 14-də imzalanmış və rəsmi Tehrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan əmrin müddətini uzaqmaq qərarına gəlib.