Dövlət Yol Polisi İdarəsinin bəzi xidmətləri elektronlaşdırılacaq

14 Noyabr 2014 10:00 (UTC+04:00)

Azərbaycanda nəqliyyat sahəsi üzrə bəzi xidmətlər elektronlaşdırılacaq. Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, "Elektron xidmət növlərinin Siyahısı"na yeni bəndlər əlavə edilib. NK-nın yeni qərarı ilə bu siyahıya "Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi", "Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi" xidmətləri əlavə edilib.