Bakıda evə buraxılmayan türk ərdən dəhşət

14 Noyabr 2014 10:41 (UTC+04:00)

Nərimanov rayonu ərazisində qanlı hadisə baş verib. Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Xətai prospekti 10 ünvanında yaşayan Türkiyə vətəndaşı 36 yaşli Atalay Əli Həsən bıçaqlanıb. Restoranların birində kababçı işləyən Əli Atalayı xəstəxanaya dostları çatdırıb.  Hadisə barədə məlumat alan 22-ci Polis Bölməsinin əməkdaşları dərhal araşdırmalara başlayıb. Araşdırmalar zamanı məlum olub ki, Atalay özü özünü bıçaqlayıb. İşdən evə sərxoş gələn Atalayı həyat yoldaşı evə buraxmayıb. Bu səbəbdən ərlə arvad arasında mübahisə baş verib. Əsəblərini cilovlaya bilməyən Atalay əlini bıçağa atıb. Əlindəki bıçağı da öz qarın nahiyyəsinə sancıb. Həkimlər əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.